EKOLOJİ PROBLEMLƏR

ƏTRAF MÜHİTİN ÇİRKLƏNMƏSİ

Çirklənmə haqqinda qisa bilgi. Çirklənmə obyektləri. Çirkləndirmənin mənbələri

Dar anlamda çirklənmə - hər hansı mühitə gətirilən yeni və ona xass olmayan fiziki, kimyavi və bioloji ünsürlərin gətirilməsi ya da o ünsürlərinin miqdarının mühitdə artmasıdır.
Çirklənmənin birbaşa obyektləri  bioloji toplumun yaşadığı  hava, su və toppaqdır. Çirklənmənin dolayı obektləri çirklənmə qurbanlarıdır. Bunlar bitkilər, heyvanlar, mikroorqanizmlərdir.
Girklənmənin mənşəyi çox çeşidli ola bilər. Onların arasında təkcə sənaye müəssisələri və istilik-enerji kompleksləri deyil, həmdə məişətin, heyvandarlığın, nəqliyyatın tullantıları, eləcə də ekosistemlərə insanın gətirdiyi gəmirici və ziyanvericilərə qarşı istifadə edilən maddələrdir.
Ekoloji baxımdan çirklənmə təkcə hava, torpaq və suya onlara yad olan maddələrin tullantıların atılması demək deyil. Istənilən durumda çirklənmə bütün ekosistemə ziyan vurur. Bundan başqa, bir çeşid maddələrin həddən artıq çoxalası ekoloji faktorlarının dəyişməsi deməkdir, çünki ziyanlı maddələr əslində o qəbildəndirlər. Deməli belə olanda bu faktorların rejimi və tərkibi bu, ya da başqa canlının ekoloji dözümlülülük həddinə uyğun gəlmir. Belə olduqda, ekosistemdə maddələr mübadiləsi pozulur, ziyanlı maddələrin təbii həll olunmasında (assimilyasiyasında) əngəllər törənir. Beləliklə, ekoloji baxımdan çirklənməyə belə bir tərif vermək olar: çirklənmə bu, ya da başqa ekoloji sistemə, ona xass olmayan və onu son olaraq yararsız edib məhsuldarlığını azaldan, madələr dövriyyəsinin qarşısını alan, onların assimilyasiyasını və enerji axınını kəsən canlı ya da cansın komponentlərin gətirilməsidir.
Mühitin çirklənməsi çətin çoxyönlü prosesdir. İstehsalatın tullantıları  öncə olmadıqları yerlərdə ortalığa çıxırlar. Onların çoxusu kimyavi baxımdan aktiv olur və canlıların bədənlərində olan molekullarla reaksiyalara girirlər, ya da havada oksidləşirlər (turşuyurlar). Belə olanda onlar canlılar üçün zəhərə çevrilirlər.
Çirklənmənin nəticələri heç də hər zaman özlərini birbaşa göstərmir. Onların açıq görsənən görsəntilərinə kizli gedən proses gətirib çıxardır. Buna görə indi alimlər çirklənmənin dərəcəsinin nə olduğunu ən başlanqıc mərhələlərdə axtarırlar.
Bununla belə, çirklənmə təkcə zərərli maddələrin ətraf mühitə tullanması deyildir. Örnək üçün, soyuducu sistemlərin sularını təbii hövzələrə buraxanda, orada təbii temperatur rejimi dəyişir.. Bu da temperatur çirklənməsidir. Səsin və işıqlanma dərəcəsinin aşması da çirklənmə sayılır.

Çirkləndiricilərin çeşidləri.

Çirkləndiricilər – minlərlə kimyavi və  zəhərləndirici maddələr, özəlliklə də metallar və oksidlər, eləcə də aerozollardır. Bu kimi maddələr tullantı mənbələrinin fərqli olmasına baxmayaraq, tərkiblərinə və təsirlərinə görə eyni ola bilərlər. Belə ki, karbohidrogenlər havaya qaz-neft sənayesinintullantısı kimi də, yanacağın yandırılmasının məhsulu kimi də çıxır.
Ətraf mühitə atılmış, ya da öz adi miqdarını aşan hər bir fiziki varlıq, kimyavi maddə və canlı (daha çox mikroorqanizmlər) çirkləndirici ola bilər.
Bioloji proseslərlə dağılan və dağılmayan antropogen çirkləndiricilər vardır. Birincilər təbii maddələr dövriyəsinə girib ortalıqdan çıxarılır ya da başqa bioloji maddələrdə həll olurlar. İkincilər isə təbii olaraq həll olunmur. Buna görə orqanizmlərə düşüb həzm olunurlar.


Ətraf mühitin çirklənməsinin təbii və antropogen növləri.

Ətrav mühitin çirklənməsinin təbii (vulkannın püskürməsi, sellərin axması kimi hansısa təbii olaylar sonu yaranmış) və antropogen (insan fəaliyyətinin sonu ortalığa çıxmış) növləri vardır.
Antropogen növü isə öz növbəsində aşağıdakı növlərə bölünür:
- bioloji - təbii ya da insan fəaliyyəti sonu yaranan;
- mexaniki – fiziki və kimyavi fəsadlara gətirib çıxartmayan yalnız mexaniki cəhətdən ətraf mühiti çirklədən ünsürlərlə yaranan;
- kimyavi – mühitin təbii kimyavi özəlliklərini dəyişən maddələrin təsiri ilə yaranan.


Ətraf mühitin fiziki və mikrobioloji çirklənməsi

Fiziki çirklənmənin aşağıdakı növləri vardır:
1.     Termal – temperaturun artması sonu yaranan. Buna səbəb müəssisələrin bacalarla havaya püskürdüyü isti buxar, buraxdıöı isti sular kimi amillər olur.
2.     İşıq – süni işıq mənbələrinin təsiri altında bitki və heyvanların yaşamında mənfi dəyişmələrə gətirib çıxardan təbii işıqlandırılmasının pozulması sonu yaranır;
3.     Səs – təbii səs səviyyəni aşan və canlılar üçün səs-küyə çevirilən, zaman-zaman təkrarlanan proseslərin sonu yaranır;
4.     Elektromaqnit – mühitin elektromaqnit şüalanma fonunun dəyişməsi sonu yaranır. Buna örnək təbiətə elektrik naqillərindən, radio və televiziya ötürücülərindən, bəzi sənaye qurğularından dəyən ziyandır. Bu da zərif bioloji strukturlarda dəyişmələrə, qlobal və yerli səviyyədə geofizik anomaliyalara gətirib çıxardır.
5.     Radioaktiv - ətraf mühitdə radioaktiv maddələrin təbii səviyyəsinin aşması sonu yaranır
6.     Mikrobioloji – insan fəaliyyətinin nəticəsində çoxlu sayda surətlə artan mikrobların yaranması və surətlə artması sonu yaranır.

Torpaqların çirklənməsi




Antropogen təsiri altında torpaqlarda kimyavi maddələrin miqdarının o yer üçün normal həddinin aşması ilə müşaiyət olunan torpaqların çirklənib sıradan çıxmasıdır.
Çeşidli maddələrlə çirklənmənin başlıca göstəricisi bu maddələrin ətraf mühitdəki canlılara mənfi təsiridir. Çünki ayrı ayrı canlıların kimyavi təsirə dayanıqlılığa bir-birindən fərqlənir. Təbii mühitlə müqayisədə, insanı bürüyən mühitdə, onun fəaliyyətinin sonu olaraq, çeşidli kimyavi maddələrin miqdarı görsənən qədər çoxdur. Bu təhlükə hətta bu maddələrə yüksək dayanıqlı canlılar üçün də təhlükəli ola bilər. Torpaqların çirklənməsi ekosistemin və yerin tükənməsinin ən təhlükəli növüdür.


Suların çirklənməsi

Suların çirklənməsi çeşidli çirkləndiricilərin dənizlərə, çaylara, göllərə, yeraltı sulara düşməsidir. Bu da ziyanlı maddələrin sulara düşməsinin qarşısını alan qurğuların olmaması ya yararsız olması və bu yöndə başqa tətbirlərin görülməməsi üzündən baş verir. Çox vaxt suların çirklənməsi gözə görsənməyərək qalmaqda olur, çünki çirkləndiricilər suda həll olunmuşolurlar. Ancaq burada istisnalar da vardır: örnək kimi köpüklənən vasitələri, sular özərində üzən neft ləkələrini, şirkli axınları göstərmək olar. Bir neçə təbii çirkləndiricilər vardır. Onlardan biri yerdə olan alyuminiumdur.. Kimyavi reaksiyaların sonu o suların tərkibinə girərək onları çirkləndirir.Başqa təbii çirkləndirici magniumdur. O da balıqlara ziyan yetirir.
Ancaq təbii çirkləndiricilərin həcmi, insanın iatehsal etdiyi çirkləndiricilərlə müqayisədə çox azdır. Hər il su hövzələrinə minlərlə çirkləndirici maddələr axıdılır. Onların təsirinin nə ilə sonuclanacağı çox vaxt bilinmir. Bu maddələrin çoxu yeni kimyavi maddələrdir. Sularda insan fəaliyyəti sonu ağır metallar  (kalsium, kadmium, civə, qurquşun, xrom kimi), pestisidlər, nitratlar, fosfatlar, neft məhsulları axıdılır. Hər il 12 million ton ntftin sulara axıdılması bilinməkdədir. Atom elektrik stansiyalardan sulara radioaktiv maddılır də düşməkdədir.
Təmizlənməmiş suların hövzələrə axıdılması sonu suyun mikobioloji çirklənməsi baş verir. Beynalxalq Səhiyyə Nazirliyinin göstəricilərinə görə dünyada  xəstəliklərin 80%-i elə suların aşağı keyfiyyətindən və antisanitar durumundan baş verir. Kəndlərdə isə suyun keyfiyyəti problemi daha kəskindir. Dünyanın kənd əhalisinin 90%-i içmək və çimmək üçün təmizlənməmiş sulardan istifadə edirlər.

Havanın çirklənməsi

Havanın çirklənməsi çeşidli qazların, buxarların və bərk hissəciklərin havaya keçməsinin nəticəsində yer atmosferinin hər bir istənilməz dəyişməsidir. Bu da təbii proseslər ya da insanın fəaliyyətinin sonu ola bilər.
Çirkləndiricilərin 10%-ə yaxını atmosferə külün, toz halında olan turşüların, zəhərli qazların çıxması ilə müşaiyət edilən vulkanın püskürməsi kimi təbii gəlakənlər sonu çıxır. Atmosferə həm də dəniz sularından və çürüyən bitkilərdən ayrəlan küküdr də çıxmaqdadır. Meşə yanğınları sınu da atmosferə  böyük miqdarda tüstü və toz girir. Havada olan mikroorqanizmlər  (viruslar, bakteriyalar, göbələklər) insanlarda xəstəliklərə yoluxmasına və allergiyanın çeşidli formalarının yayılmasına gətirib çıxardır.
Yerdə qalan 90% çirkləndiricilər insan fəaliyyətinin sonu atmosferə yol açırlar. Bunlar elektrostansiyalarda və avtomobillərdə yandırılar yanacaqların tüstüləri, tozların çıxması ilə sonuclanan istehsal gücləri kimi vasitələrdir.
Atmosferə çıxan çirkləndirici maddələr mənbəyindən ayrılıb uzaq məsafələrə yayılırlar. Sonra, yağışla, qarla və dolu ilə qarışaraq yenidənbərk hissəciklər, damcılar ya da kimyavi maddələr formasında yenidən yer üzünə yağırlar. Bu da insan sağlamlığına, eləcə də başqa canlılara mənfi təsir edir.

Kosmosun çirklənməsi

Kosmik zibil kosmosda olan nə vaxtsa işlədilən və indi heç nəyə yararlı olmayan, ancaq kosmik gəmilər üçün təhlükə törədən bütün sünü obyektlərlə onların fraqmentləridir. Bəzi durumlarda tərkibində daha təhlükəli maddələr (radioaktiv, toksik) olan kosmik zibil yer kürəsi üçün də təhlükəli ola bilər. Çünki onlar orbitlərindən yayınıb yer atmosferinə girib yaşayış məntəqələrinə tökülə bilərlər.
Kosmik zibillər problemi ilk kosmik gəmilərin və peyklərin orbitə şıxarılmasından sonra gündəmə gəldi. Bu barədə BMT-də özəl məruzələr də dinlənildi. Orada qeyd edildi ki kosmosun zibillənməsi hansısa bir ölkə üçün deyil bütün yür kürəsi üçün təhlükəlidir.
 2009-cu ilin hesabatlarına görə Yer ətrafında 300000-ə yaxın zibil hissələr dolanır. Belə getsə, yerin yaxınlığında olan fəza tamam zibillənib, gələcəkdə kosmik üçuşlara, peyklərin buraxılmasına ciddi maneələr törədəcək.

Ətraf mühitin çirklənməsi nəticələri

Çirklənmə sonrası ayrı-ayrı ekosistemlər, eləcə də biosferanın dağılması prosesləri baş verir. Bunun sonunda münbit torpaqlar tükənir, ekosistemlərin və biosferanın məsuldarlığı enir.
Çüirklənmələr insanın fiziki və mənəvi dürümüna mənfi təsir edir. Havada, torpaqda və sularda olan ziyanlı kimyavi maddələr insan sağlamlığı üçün təhlükəyə çevirilir. Onlar həm də immuniteti zəyiflədir.
Çirklənmə sonrası havaların istiləşməsi qarların və buzların əriməsinə gətirib çıxardır. Bu da dənizlərin səviyyəsinin qaxması, qurunun su basğınına məruz qalması təhlükəsini yaradır.
Eyni zamanda mülayim iqlimli yerlərdə tropik xəstəliklər yayılır. Çünki istiləşmə nəticəsində tropik bakteriyalar o iqlimlərə dözümlü olub yayılırlar.
Çirklənmənin nəticəsində heyvan və bitki növləri məhv olur. Buzların əriməsi sonu quzeydə, quraqlıqlar sonu isə güneydə heyvan və bitki növləri yer üzündən silinib gedir. Balıqların bir çox növləri suların çirklənməsi üzündən ölür. Çox böyük surətlə gedən inkişaf sonrası bir çox canlılar buda dözümluluk göstərə bilmədiyindən məhv olur. Bununla da bütün yer kürəsində həyatın axarı dəyişir.
Çirkləmə sonrası olaylarda əhalinin göçü (miqrasiyası) baş verir. Bu da texnogen fəlakətlər, dənizlərin qurulara irəliləməsi, temperaturun qalxması və bunun sonrası quraqlığların düşməsi nədəni ilə olur. Belə olanda da dünyanın bir bölgələrində əhali surətlə artır, başqaları isə boşalır.. Bu da çeşidli qarşıdurmaları, cinayətlərin artmasına və aclığa gətirib çıxardır.