понедельник, 20 февраля 2017 г.

Şagirdlərlə iş


Ekoloji mədəniyyətin şagirdlər arasında videoçarxlar vasitəsi ilə təbliği.
13-20-fevral
13-20-fevralda  Heyət üzvləri ayrı-ayrı siniflərdə mövzuyla bağlı maraqlı söhbətlər aparır, qlobal ekoloji problemləri əks etdirən videoçarxlar nümayiş etdirirlər. Videoçarxlar şagirdlərdə böyük maraq doğurur münasibət bildirərək maraqlı fikirlər söyləyirlər.

Lahiyə iştirakçıları  şagirdlərə ətraf mühitin ekoloji durumu barədə məlumat verilərək mühitdə baş verən dəyişikliklərin bütün canlılara o cümlədən insanların sağlamlığına təsiri geniş izah edilir. Azərbaycan Respublikasının bitki və heyvanlar aləminin müxtəlifliyi, zəngin təbii sərvətləri ilə , ətraf mühitin sağlamlaşdırılması və mühafizəsində , hər bir kəsin rolunu izah edirlər. Təbliğatlar zamanı ətraf mühitin kimyəvi, bioloji, radioaktiv çirklənməsinin ağır ekoloji nəticələri şagirdlər tərəfindən geniş müzakirə edilərək təkliflər irəli sürülür. Lahiyə üzvləri həmyaşıdları arasında sağlam həyat tərzinin əhəmiyyəti barədə söhbət edir, zərərli vərdişlərin əleyhinə təbliğat aparır, ekoloji mədəniyyət , təbiətdə düzgün davranış qaydaları, humanist və məsuliyyətli münasibət prinsiplərini təbliğ edirlər. Məqsədimiz ekoloji mədəniyyətin dünya mədəniyyətinin tərkib hissəsi, həm də əsası olduğunu gənc nəslə çatdırmaqdır. Ekoloji mədəniyyət təbliğatında aşağıdakı fikirləri əsas götürərək müzakirələr aparırırlar.

1. Ekoloji mədəniyyət ümumi mədəniyyətin tərkib hissəsidir.
2. Ətraf mühitə istismarçı mövqedən yanaşmağın zərəri.
3. Təbiətə, sərvətlərimizə, ümumi evimiz olan ətraf mühitə laqeyd münasibətdən otraya
çıxan problemlər.
4. Azərbaycanın florasının və faunasının nadir və nəsli kəsilməkdə olan bitki növləri və
heyvanları.
5. Torpaq erroziyası və torpaq sürüşmələri və bununla mübarizə tədbirləri.
6. Havanın çirklənməsi səbəbləri.
7. Suyun çirklənməsi səbəbləri.
8. Torpağın çirklənməsi səbəbləri.
9. İqlim dəyişiklərinin təbiətə və insanın sağlamlığına təsiri.
10. Mühitin radioaktiv çirklənməsinin insan orqanizminə təsiri
və s.

Təbliğatda əsas yeri  Siz ekoloji mədəniyyəti necə başa düşürsünüz? sualı tuturdu
Həyətə və küçəyə zibil atmamalı.
Zibil xüsusi ayrılmış yerlərdə qoyulmuş qablara atılmalı.
Nəqliyyat vasitələrindən yola və yol kənarlarına zibil atmamalı.
Təbiətdə istirahət zamanı artıq qalmış ərzaq qalıqlarını və plastik qabları və sair
əşyaları özümüzlə götürməli, istirahət etdiyimiz yeri zibilləməməli.
Meşələrdə yanğın törətməmək üçün təhlükəsizlik qaydalarına əməl etməli. 
Yaşıllıqları mal-qaradan mühafizə etməli.
Yasıllıq məqsədilə ağaclar əkməli, suvarmalı.
Axar və durğun su hövzələrinə zibil atmamalı.
Erroziyaya uğramış yerlərə çoxillik bitkilərin və meyvə toxumlarını əkməli.
Təbiətin mühafizəsində fəal iştirak etməli, öz dostlarını və yoldaşlarını, özündən
kiçikləri bu işə cəlb etməli.
Təbiətdə düzgün davranış qaydalarına əməl etməli.